Xaricdə təhsil almaq istəyənlərə ŞAD XƏBƏR:  Nazir AÇIQLADI
01 oktyabr 2021 14:17 (UTC +04:00)

Xaricdə təhsil almaq istəyənlərə ŞAD XƏBƏR: Nazir AÇIQLADI

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında Sərəncam imzalayıb.

Lent.az xəbər verir ki, bununla bağlı fikirlərini bölüşən təhsil naziri Emin Əmrullayev bildirib ki, yaxın iki ay ərzində müvafiq proqram hazırlanaraq rəhbərliyə təqdim olunacaq:

"Bu müddət ərzində aidiyyəti qurumlarla geniş müzakirələr aparılacaq. Yeni proqram kifayət qədər böyük həcmli olacaq. Bununla 10-20 nəfər yox, bir neçə yüz tələbə nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil ala biləcəklər. Yeni proqramda ixtisas sahəsi üzrə yüksək reytinqə sahib olan ixtisasları, proqramları müəyyən edəcəyik".

 

# 3708
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar