Xanım mətbuat katibi işindən ayrıldı - FOTO
11 noyabr 2021 23:16 (UTC +04:00)

Xanım mətbuat katibi işindən ayrıldı - FOTO

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova vəzifəsindən ayrılıb.

Lent.az xəbər verir ki, bu barədə o özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

O qeyd edib ki, 4 il sözçüsü olduğu qurumda fəaliyyəti bu gün başa çatır: "Əziz dostlar, media mənsubları və dəyərli həmkarlar. Yol bitir, yenisi başlayır. Mənim də DANX ilə müşayət olunan yolum bu gün bitdi. 4 il sizinlə bütün mövzularda açıq müstəvidə ünsiyyət qurduq".

Qeyd edək ki, N. Allahyarova bundan sonra fəaliyyətini harada davam etdirəcəyinin hələ ki, naməlum olduğunu qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3252
avatar

Mehman Nəbiyev

Oxşar yazılar