Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzusu uşaqların dırnaq yeməsi ilə bağlıdır.
“Dırnaqların altında çox sayda viruslar olur ki, uşaqlar bu yolla asanlıqla yoluxurlar. Qandan analiz götürərək qurdu müəyyən etmək üsulu yoxdur. Bu kimi hallar yalnız nəcis analizi ilə müəyyən edilir və bu analiz bir neçə dəfə edildikdən sonra müalicəyə başlanılır”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib.
Bəs, uşaqlar niyə dırnaqlarını yeyir? Bu sualı da Əkbər Quliyev cavablandırıb:
“Uşaqlarda dırnaq yemə geniş yayılmış bir problemdir. Bu, bəzən vərdiş halını alır. Uşaqlar dəmir azlığı səbəbindən dırnaqlarını yeyirlər”.