Sabiq Baş nazir Artur Rəsizadə
31 may 2021 14:30 (UTC +04:00)

Sabiq Baş nazir Artur Rəsizadə

Unudulan məmurlar: Cavidin baş nazir qohumu İNDİ HARADADIR?

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar ki, qibtə belə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadılar. Onlardan bəziləri xaricdə yaşayır. İndi də iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini təqdim edir.

Layihəmizdə bu dəfə sabiq Baş nazir Artur Rəsizadədən bəhs edəcəyik. Xatırladaq ki, o, Fuad Quliyevdən sonra bu vəzifəyə təyin olunub.  Fuad Quliyevlə müqayisədə Artur Rəsizadə daha məşhurdu.

Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Əslən Naxçıvan Muxtar Respublikasındandır. Artur Rasizadə kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğlu, dahi Azərbaycan ədibi Hüseyn Cavidin qardaşı nəvəsidir.

Onlar ailədə iki övlad olublar – Artur və bacısı Tamella...

Artur Rasizadə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib.

Əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması zavodunda mühəndis vəzifəsində başlayıb, sonra müxtəlif vəzifələrdə çalışıb.

1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996- 2003-cü illərdə Baş Nazir, 2003-cü ilin avqust-noyabr aylarında Baş Nazirin birinci müavini vəzifələrində işləmişdir.

2003-cü ilin noyabr ayından 21 aprel 2018-ci ilədək yenidən Azərbaycan Respublikasının Baş naziri olub.

Prezident İlham Əliyev 2005-ci ildə Artur Rasizadəyə “İstiqlal” ordeni, 2010-cu ildə 75 yaşının tamam olması münasibətilə “Şərəf” ordeni verib.

2015-ci ildə Artur Rasizadə 80 illik yubileyilə bağlı ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.

O, 2018-ci il aprelin 21-də yeni Nazirlər Kabinetin formalaşması ilə əlaqədar təqaüdə yola salınıb.

Artur Rasizadənin yeganə qızı Nailə Rasizadə 1961-ci ildə Bakıda doğulub. İlk orta təhsilini Bakıdakı 1 saylı məktəbdə alıb. Nailə Rasizadə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (keçmiş Neft və Kimya İnstitutu) bitirib.

O, Azərbaycanın Baş naziri postunda düz 22 il çalışdı. 86 yaşlı Artur müəllim indi istirahətdədi.

# 11271
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar