Universitetlərdə dərs saatları azala bilər -  RƏSMİ
23 sentyabr 2021 15:41 (UTC +04:00)

Universitetlərdə dərs saatları azala bilər - RƏSMİ

Təhsil Nazirliyi universitetlərdə dərs saatının 80 dəqiqə olmasını təklif edib.

Lent.az APA-ya istinadən məlumat verir ki, bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib. O bildirib ki, dərslərin fasiləsiz olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması universitetlərin verəcəyi qərardır:

“Amma biz tövsiyə etmişik ki, 80 dəqiqəlik dərslər olsun. Bu da çölə çıxmaların və təmasların sayının az olması ilə əlaqədardır. Yəqin ki, belə davam eləsək, 80 dəqiqəlik dərslər olacaq”.

# 2670
avatar

Oxşar yazılar