Ucarda şəhid ailələri ziyarət edildi -FOTO
30 dekabr 2022 11:00 (UTC +04:00)

Ucarda şəhid ailələri ziyarət edildi -FOTO

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni ilin gəlişi münasibətilə Ucar rayonunda şəhid ailələri ziyarət olunub. 

İlk öncə Azərbaycan Respublikaslnın Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının müvafiq Sərancamı ilə 3 dərəcəli “Vətənə xidmətə görə" ordeni 29.12.2022-ci il tarixdə şəhid Ağayusif Mübariz oğlu Əliyevin və Fikrət Elşad oğlu Məmmədovun ailə üzvlərinə Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev tərəfindən təqdim olunub.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni ilin gəlişi münasibətilə ənənəvi olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən ziyarətlər təşkil olunub. 

Sonda Şəhid ailələri Dövlətimizin onlara olan qayğısından razılıqlarını bildirmiş və 2023-cü ilin dövlətimiz üçün daha da uğurlu olmasını diləyib.

# 2016
avatar

Oxşar yazılar