Türkiyədə şəhid ailələrinin  ürək sızladan   görüntüləri -  VİDEO
12 noyabr 2025 12:13 (UTC +04:00)

Türkiyədə şəhid ailələrinin ürək sızladan görüntüləri - VİDEO

0

Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarənin Gürcüstanda qəzaya uğraması nəticəsində həlak olan hərbçilərdən biri də 37 yaşlı Emrah Kurandır.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Emrah Kuranın şəhidlik xəbəri ailəsinə çatdırılan zaman həssas anlar yaşanıb. 

Əsgərlər şəhidin atasına yaxınlaşaraq, "Osman əmi, sən artıq şəhid atasısan", deyiblər. Bundan sonra Kuran ailəsi göz yaşlarına hakim ola bilməyib. Qonşular və yaxınları ailənin evinə axın edərək dərin kədər içində başsağlığı veriblər. Hər kəsi sarsıdan bu xəbər Muğlada böyük hüzn yaradıb.

Həmçinin axşam saatlarında hərbçilər və təhlükəsizlik qüvvələri şəhid Astsubay İlker Aykutun Tekirdağın Muratlı rayonundakı ata evinə də gediblər. Oğlunun şəhidlik xəbərini alan Ünal və Zülbiyə Aykut cütlüyü göz yaşlarına boğulub. Atanın sözləri hər kəsi duyğulandırıb. 

Şəhidin atası əsgərlərə deyib: "Haqqınızı halal edin, gözlərinizdən öpürəm, Allaha əmanət olun. Hamımıza Vətən, haqq yolunda ölmək nəsib olsun". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 490

Oxşar yazılar