Toyların keçirilməsi şərtləri  AÇIQLANDI -VİDEO
08 may 2021 15:19 (UTC +04:00)

Toyların keçirilməsi şərtləri AÇIQLANDI-VİDEO

Artıq bir ildən çoxdur pandemiya ilə əlaqədar Azərbaycanda toyların keçirilməsi qadağan olunub.

Ona görə də övlad toyu görmək istəyən valideynlər, eləcə də ailə qurmaq arzusunda olan gənclər çal-çağırlı mərasim təşkil edə bilmir və sadəcə nikahla kifayətlənirlər.

Görəsən, bəzi şərtlər daxilində toyların keçirilməsinə imkan yaradılacaqmı?

Lent.az-ın “XəzərXəbər”ə istinadən verdiyi məlumata görə, bu sualı cavablandıran Milli Məclisin Səhiyyə komitəsinin üzvü, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov deyib ki, toy mərasimlərinin yay mövsümündə təşkilinə icazə verilə bilər.

Onun sözlərinə görə, yay aylarında açıq havada və bəlli say məhdudiyyəti qoymaqla toylar təşkil edilə bilər. Həmçinin 500-600 nəfərlik tutumu olan şadlıq evlərində 100-150 nəfərlə və məsafə saxlamaqla toy mərasimlərinin keçirilməsi qərarı verilə bilər.

Qeyd edək ki, ölkədə bir çox cütlük rəsmi nikah bağlasa da, toy mərasimlərinin keçirilməsi üçün pandemiyanın bitməsini, ya da müvafiq qərarın verilməsini səbirsizliklə gözləyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Açıq havada toylara icazə verilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7749
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar