Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu toylarda qumar oynayanlarla bağlıdır.
Xüsusən, rayonlarda toy axşamlarında məclisdən sonra gecəyarıyadək kart oyunları oynanılır. Əksəriyyət isə bu oyunların qanunsuz olub-olmamasından xəbərsizdir.
Görəsən toylarda kart oynamağın cəriməsi var?
Sualımıza “Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev aydınlıq gətirib. O bildirib ki, həmin oyunlarda istifadə olunan pullar müsadirə olunur.
Daha ətraflı təqdim edəcəyimiz videonu izləyin: