Tovuz rayon sakini itkin düşüb - FOTO
09 sentyabr 2021 00:56 (UTC +04:00)

Tovuz rayon sakini itkin düşüb - FOTO

Tovuz rayon sakini evdən çıxaraq bir daha geri qayıtmayıb.

APA-nın yerli bürosunun məlumatına görə, həmin şəxs rayonun Bayramlı kənd sakini Cəfərov Məftun Şahin oğludur.

O, evdən çıxarkən əynində göy cins şalvar, mavi rəngdə üçdüyməli kofta, ayağında qara yay ayaqqabısı (sandal) olub. Üzü saqqallıdır.

Məftunun psixoloji durumu yerində deyil. Onu görənlərdən xahiş olunur ki, Tovuz Rayon Polis Şöbəsinə məlumat versinlər və ya aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlasınlar.

Əlaqə telefonları: (055/070) 373-44-10, (051) 587-44-10

# 1917
avatar

Oxşar yazılar