Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu tibbi sığorta üçün yerdəyişmə ilə bağlıdır.
Tibbi sığorta üçün yerdəyişmə necə olur?
Lent.az xəbər verir ki, sığortaolunan qeydiyyata alındığı tibb müəssisəsini öz arzusu ilə qeydiyyata alındığı gündən etibarən azı 1 təqvim ili keçdikdən sonra dəyişə bilər.
Vətəndaş yaşadığı ərazini dəyişdikdə isə yeni ərazidəki tibb müəssisəsinə vaxt məhdudiyyəti nəzərə alınmadan qeydiyyata alınmaq üçün müraciət etməlidir.