“Təzəpir” məscidində şəhidlərin ruhuna dualar oxunub -FOTO
27 sentyabr 2021 09:07 (UTC +04:00)

“Təzəpir” məscidində şəhidlərin ruhuna dualar oxunub -FOTO

“Təzəpir” məscidində 27 sentyabr - Anım Günü ilə bağlı mərasim keçirilir.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, məsciddə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamlığı ilə namaz qılınır, şəhidlərin ruhuna dualar oxunur, onların əziz xatirəsi ehtiramla yad edilir.

Qeyd edək ki, eyni vaxtda Ağdam və Şuşa məscidlərində də namaz qılınır.

Xatırladaq ki, 27 sentyabr Anım Günü ilə əlaqədar bir sıra tədbirlər keçirilir. Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur.

# 1182
avatar

Oxşar yazılar