Tələbələrin NƏZƏRİNƏ!  – Bakıda kirayə mənzil TAPILMIR
09 sentyabr 2022 11:24 (UTC +04:00)

Tələbələrin NƏZƏRİNƏ! – Bakıda kirayə mənzil TAPILMIR

Yeni tədris ilinin başlaması ilə bağlı kirayə mənzillərə tələbat artıb. Danılmazdır ki, qiymət artımı kirayə mənzillərdən də yan keçsin.

Maraqlıdır, tələbələrin “yaralı yeri” olan kirayə mənzillər son durum necədir?

Lent.az-ın sorğusunu daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov cavablandırıb.

Onun sözlərinə görə, hazırda mənzil bazarında kirayə ev yoxdur:

“Hazırda kirayə mənzil bazarında vəziyyət çox acınacaqlıdır. Ev azdı və qiymətlər günü-gündən artır, artacaq da. Son bir həftədə kirayə mənzillərin qiymətində 25% artım var. Ümumiyyətlə, demək olar ki, mənzil bazarında kirayə ev yoxdur. Əvvəllər günlük mənzil bazarına 30-40 dənə ev çıxırdısa, indi 2-3 dənə ev çıxır. 

Ən çox hansı ərazilərə üstünlük verilir?

“Ən çox 28 May, Sahil, Nizami, Nərimanov rayonlarına, daha sonra isə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığı və Yasamal rayonuna tələbat çoxdur. Əvvəllər ikiotaqlı kirayə mənzillər 400-450 manat idisə, indi həmin mənzillər 550-600 manatadır. Söhbət köhnə binalardan gedir. Yeni tikililərdə isə 800 manatdan aşağı mənzil yoxdur. Bir sözlə, kirayə mənzil bazarında son 20 il ərzində belə bir hal baş verməmişdi. 

Qeyd edim ki, Neftçilər, Əhmədli əraziləri universitetlərə, şəhərə bir az uzaq olduğu üçün tələbat olmurdu. Amma bu il vəziyyət gərgin olduğu üçün artıq tələbələr məcbur ora üz tutur. Düzdür, vəziyyət şəhərdəki kimi deyil, amma artıq orada da mənzil yoxdur”. 

# 3792
avatar

Fidan İlqar

Oxşar yazılar

Qeyri-sabit hava şəraiti  nə qədər davam edəcək?   - AÇIQLAMA

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA

7 dekabr 2022 , 13:45
Sabah bu yollar  buz bağlayacaq   - HAVA PROQNOZU

Sabah bu yollar buz bağlayacaq - HAVA PROQNOZU

7 dekabr 2022 , 12:20
Nikahdan əvvəl  cinsi əlaqə   cinayət hesab ediləcək

Nikahdan əvvəl cinsi əlaqə cinayət hesab ediləcək

6 dekabr 2022 , 19:57
Normal havada  duman işıqlarını   yandırmaq olar?

Normal havada duman işıqlarını yandırmaq olar?

6 dekabr 2022 , 18:43
Qırıq pəncərələr, skeletlərlə dolu həyət... - Viran qalmış ABU-dan REPORTAJ

Qırıq pəncərələr, skeletlərlə dolu həyət... - Viran qalmış ABU-dan REPORTAJ

6 dekabr 2022 , 17:08
Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar  buz bağlayacaq

Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar buz bağlayacaq

6 dekabr 2022 , 13:18
Sabah bu ərazilərə  qar yağacaq   - HAVA PROQNOZU

Sabah bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU

6 dekabr 2022 , 12:24
İlon Mask

İlon Mask Bakıya gəlir?

6 dekabr 2022 , 10:55