Şuşada keçirilən Xarıbülübül festivalı milli musiqimizin və mənəvi estetik zövqümüzün təntənəsidir
14 may 2022 14:56 (UTC +04:00)

Şuşada keçirilən Xarıbülübül festivalı milli musiqimizin və mənəvi estetik zövqümüzün təntənəsidir

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılşıında iştrak etmək üçün dəvət alanda sevincimin həddi – hüdudu yox idi. Çünki Şuşa ilində Şuşaya getmək hələ üstəlik belə bir mötəbər tədbirdə iştirak etmək mənim üçün böyük qürur  və fəxarət idi.Nəhayət may ayının 12 də dan yeri sökülər-sökülməz paytaxtdan Şuşaya doğru yola düşüdük.Yol yoldaşlarımın hər birinin gözlərində sevinc, qürur fəxarət hissləri aydın görünürdü. Əksəriyyəti illərdir tanıdığım, torpaqlarımızın işğal altında olduğu dövrlərdə milli kədərimizi və məşəqqətimizi birgə  bölüşdüyümüz, bu acının nə zaman sona çatacağını  eyni hüzn acı ilə səbirsizliklə gözlədiyimiz dostlarım, media kapitanları, incəsənət xadimləri idi.Sanki gizli bir əl bizi bir araya yığaraq,bilərəkdən bir avtobusa toplamışdı ki, buyurn 30 illik acı və qəmdən sonra sevincinizi də birgə yaşayın. Bu gizli əl Tanrının, ondan sonra isə Tanrının Kut verdiyi Şuşamızın, Qarabağımızın xilaskarı, Müzəffər Ali Baş   Komandanımızın əli  idi!

 Qarabağın nadidə gözəllikləri və erməni vandalizminin izləri

Çox keçmədən avtobusumuz işğaldan azad olunmuş ərazilərimizə daxil oldu. Elə buradan da Azərabycanımızın dilbər guşələri, doğma Qarabağın nadidə gözəllikləri başlayır. Təbiət hər yeri yaşıl xalıya bürümüşdü.Bu xalının üzərində ən müxtəlif rənglər və onların ahəngindən yaranan rəng kompozisiyasını görmək mümkün idi. Göz görə bildikcə davam edərək pilləvari relyefi ilə yüksəkliklərə doğru uazanan bu heyranedici gözəlliyi pozan isə erməni barbarlarının viran qoyduğu kənd və şəhərlərimizin talan edilmiş qalıqları idi.Yol boyu bəzən xəyala dalaraq 30 ildə Qarabağsız, Zəngəzursuz necə yaşaya bildiyimiz düşünürdüm.Özümün-özümə cavabım isə çox sərt olurdu. Qərbi Zəngəzursuz, Göyçəsiz, İrəvansız, Zəngibasarsız,Dərələyəsziz, Vedibasarsız və nəhayət doğulub boya başa çatdığın Ağbabasız necə yaşayırsan....?! Ancaq tez də bu fikiri başımdan qovur, əldə etdiyimiz tarixi qələbəmizin və vətənimizin bu müqəddəs yerlərinə qovuşmamızın  sevincini yaşayırdım.Etiraf edim ki, bu qarışıq emosiyonal duyğular  içərisində çırpınan zaman Qalib Sərkrədəmiz, Qarabağ xilaskarımızın sözləri ilə özümü təsəlli edirdim....biz Qərbi Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq....
                  
Ərgünəş dağlarının sehirli mənzərələri 

Belcə yüksəkliklərə doğru irəlilədikcə əhval – ruhiyyəmiz də yüksəlir, əldə etdiyimiz tarixi zəfərimzin mənəvi zövqünü yaşayırdıq. Artıq uzaqdan Ərgünəş dağları görünürdü. Qalın meşə örtüyü ilə qapanmış dağalr, ətəklərindən çaylar axan vadilər və yolayrıclarında istiqaməti göstərmək üçün yenicə quraşdırılmış yolgöstərici lövhələr  üzərində yazılmış biri-birindən gözəl kənd adlarımız sanki milli yaddaşımız xitab edir onu yenidən oyadırdı. Budur Ağoğlan, Böyük Tağlar, Sınıqçı və nəhayət növbəti zirvəni aşdıqqdan sonra sərt qayaların kölgəsinə sığınmış Daşaltı kəndi. Daşaltının arxasından qədmi Roma sütunalrı kimi şaquli şəkildə göylərə yüksələn yalçın qayaların üzərində isə qartal yuvası kimi qərar tutmuş əziz Şuşa.

Daşaltı, Şuşaya qalxan mənəvi yükəslişimizin ilk pilləsi

Daşaltı hər bir azərbaycanlının hafizəsində birinci Qarabağ savaşından sonra 30 il milli mücadiləmizin qırılma nöqtəsi kimi qalmışdı.Daşaltı faciəsi ilə asossasiya olunan və məhz bu yerdə baş verən döyüşlərdə çox sayda igidlərimiz qəhrəmancasına şəhid olmuşdu. Yalnız Daşaltını itirdikdn sonra düşmən Şuşaya qalxa bilmişdi.İndi isə Daşaltı Şuşaya qalxan mənəvi yükəslişimizin ilk pilləsi kimi bizi qarşılayırdı. Atrıq Daşaltı məglubiyyətimizin deyil qalibiyyətimizin nişanəsi kimi qarşımız çıxırdı. Qalib ordumuzun cəsur əsgərləri məhz buradan sıldırım qayaların dırmanaraq Şuşamızı azad etmişdilər.

Şuşanın Dağları başı dumanlı... 

Beləcə beş saat yarım çəkən yolçuluqdan sonra biz  dağlarının başı dumanl olan Şuşaya çatdıq.Kirs dağı sıx dumanın içərisindən görünməz idi. Dərhal festifalın keçiriləcəyi Cıdır düzünə üz tutduq.Birazdan möhtəşəm bir tədbirə şahidlik edəcəkdik.Hamımız böyük həyəcan və sevinclə bu yüksək səviyyədə təşkil edilmiş tədbirin başlayacağını gözləyirdik.Təşkilatçıların gözündən heç bir detal yayınmamış ən xırda təfərrüatlar diqqətə alınaraq iştirakçıların bütün ehtiyacları əvvəlcədən nəzərə alınmışdı.Hətta yağış ehtimalına qarşı çətir və yağmurluq belə...!


       
Müzəffər Ali Baş Komandanın  mətin addımları və Mehriban xanımın zərafəti 

...Və O cıdır düzünə qədəm basdı. Öz əzəməti, vüqarı, təmkini və sadəliyi ilə Qətiyyətli, əmin, inamlı addımlarla tədbirin təşkil olunduğu yerə yaxınlaşrıdı. Ən yaxın silahdaşı, qayğıkeşi, həmdəmi ilə birlikdə ! Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev və birinci vitse prezidentimiz Mehriban xanım Əliyevanın Cıdır düzündə birgə addımlamaları ayrıca bir mənzərə idi.Bu qoşa gəlişdəki mətanət və  zərafət  Şuşaya, Cıdır düzünə Şuşa Cıdır düzü də məhz bu gəlişə yaraşırdı.Bu an tarixi an idi. Bu anı Azərbaycan xalqı düz 28 il həsrətlə gözləmişdi.Bu an xalqımızı öz arzularınana qovuşduran ağ atlı oğlnın öz vəfalı silahdaşı ilə milli hissi olan hər kəsi qürurlandırdığı an idi..! Bu gəlişə təbiət də biganə qala bilməmişdi. Dövlət başçımız öz xanımı ilə protokol yerini alar almaz Şuşanın buludları Cıdır Düzünü sevinc göz yaşlarına boğdular.

       
Göydən başımıza nur ələnirdi...!

Göydən başımıza nur damlaları ələnirdi.Fasiləsiz, durmadan.Sanki uzun illərdir həsərtini çəkmiş iki doğma iki həsrəti biri-birinə qovuşub sevinc göz yaşlarına qərq olmuşdular. Bu anlar təkrarsız anlar idi.Yağış aram-aram, iri-iri damcılarla Cıdır düzünü islatdıqca insan özünü nağıllar dünyasında hiss edirdi.Yadıma Şuşamız işğal altında olan zaman Şuşanın adından Azərbaycana yazılmış kimi təqdim edilən bir məktubun mətni, o məktubda Şuşanın bizdən gileyli olduğu, bizi nigarançılıqla öz qoynuna səslədiyi zamanlar düşdü.Bu təazdlı və emosional vəziyyətdə ağlıma gələn ilk fikir Qalib Sərkərdəmizin sözləri oldu.... Əziz Şuşa Sən Azadsan...! Bu zaman yağış damlalarıının təmas etdiyi üzümdə sanki vətən sevgisini, Şuşanın sevincini hiss edirdim.Bir anlğa gözlərimi yumdum.Şuşanın ruhunu duyurdum. Şuşa mənimlə danışrdı, sevincini bölüşürdü. Bu gur və nur yağış isə onun öz xilaskarına, onu düşmənin murdar ayaqlarının tapdağından qurtaran böyük sərəkərdəsinə öz minnətdarlığının ifadəsi idi. Xarıbülübül festifalında yağan yağış bizim ruhumuzu və Cıdır düzünü bir daha salavat edib paklığa, saflığa qovuşdurmuşdu!

Beləcə bundan sonra yüzilliklər boyu davam edəck.

Xarıbülübül festifalının sayca beçincisi baş tutumuş oldu. Əbədi, daimi olsun!

 
Hikmət Babaoğlu

Bakı-Şuşa-Bakı

# 1002
avatar

Oxşar yazılar