Kürdəmirdə AĞIR QƏZA,  7 yaşlı uşaq öldü
22 mart 2026 18:23 (UTC +04:00)

Kürdəmirdə AĞIR QƏZA, 7 yaşlı uşaq öldü

0

Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub, ölən var.

Lent.az-ın xəbərinə görə, hadisə rayon ərazisində  qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 35 yaşlı İqbal Yadigar oğlu Quliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobil yolu keçən piyada, rayonun Çöl Ərəb kənd sakini 7 yaşlı Hidayət  Sahil oğlu Hüseynovu vurub. Ağır xəsarətlər alan zərərçəkən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Zahid Abışov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar