Teymur Yusif oğlu Musayev, səhiyyə nazirinin birinci müavini
23 aprel 2021 16:38 (UTC +04:00)

Teymur Yusif oğlu Musayev, səhiyyə nazirinin birinci müavini

Səhiyyə nazirinin vəzifələrini o icra edəcək - SƏRƏNCAM

Teymur Yusif oğlu Musayev Azərbaycan səhiyyə nazirinin birinci müavini təyin edilib.

Lent.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.

***

Səhiyyə nazirinin birinci müavini vəzifəsi təsis edilib.

Lent.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməsinə edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikdən sonra səhiyyə nazirinin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və dörd müavini var.

# 9690
avatar

Oxşar yazılar