Şəhid hərbçimiz Qubada dəfn edildi - FOTO
18 noyabr 2021 12:18 (UTC +04:00)

Şəhid hərbçimiz Qubada dəfn edildi - FOTO

Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Orxan Cabbarov anadan olduğu

Quba rayonunda dəfn olunub.

APA-nın şimal bürosunun xəbərinə görə, gizir Orxan Cabbarov Quba Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.

# 1935
avatar

Oxşar yazılar