"Air Astana" aviaşirkətinin Şarm-əl-Şeyx-Atırau reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.
"Airbus A320neo" təyyarəsi yerli vaxtı ilə saat 16:50-də Bakı hava limanında uğurla eniş edib.
Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.