Türkiyədə Sarıqamış Hərəkatının 106-cı ildönümü ilə bağlı anım mərasimi keçiriləcək.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, 8-10 yanvarda keçiriləcək mərasimla bağlı Qarsın Sarıqamış bölgəsində hərəkatın şəhidlərinin qardan heykəlləri hazırlanır.
Ərzurum Atatürk Universiteti, Bayburt, Muş və Ağrı universitetlərinin heykəltəraşları və müəllimlərdən ibarət 10 nəfərlik heyət soyuq havalara baxmayaraq fasiləsiz olaraq çalışır.
Heykəllərin açılışı yanvarın 9-da baş tutacaq.