“Şanlı Qələbəyə aparan yol: Müzəffər Komandanın Müzəffər Ordusu” layihəsinin icrasına başlanıb
01 oktyabr 2021 14:07 (UTC +04:00)

“Şanlı Qələbəyə aparan yol: Müzəffər Komandanın Müzəffər Ordusu” layihəsinin icrasına başlanıb

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Şanlı Qələbəyə aparan yol: Müzəffər Komandanın Müzəffər Ordusu” layihəsinin icrasına başlayıb.

Lent.az-ın məlumatına görə, layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyətini təbliğ etmək, Vətəninə və xalqına bağlı gənclərin yetişməsinə töhfə verməkdir.

3 ay davam edəcək layihə çərçivəsində  peşəkar jurnalistlərə  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən vətənpərvər siyasət, vətənpərvərlik yönümündə atdığı addımlar, Vətən müharibəsində qələbəni şərtləndirən amillər barədə araşdırma xarakterli 8 yazı sifariş ediləcək. Yazılar peşəkar ekspert tərəfindən baxıldıqdan və yazılarda çatışmayan məqamlar aradan qaldırıldıqdan sonra mətbuatda dərc ediləcək.

# 1572
avatar

Oxşar yazılar