Şagirdi döyən direktorun məktəbində jurnalistlərə hücum etdilər
02 noyabr 2021 23:17 (UTC +04:00)

Şagirdi döyən direktorun məktəbində jurnalistlərə hücum etdilər

Abşeron rayon Təhsil şöbəsindəyik. Gəlişimizin məqsədimiz ötən gün Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva şagirdi döyməsi faktına aydın gətirilməsi ilə bağlı təhsil rəsmilərinin fikrini öyrənmək olsa da, bu cəhdimiz baş tutmadı. Təhsil şöbəsinin müdiri fakta aydınlıq gətirmək istəmədiyini, döyülmə faktı ilə bağlı araşdırılma aparıldığını aydınlaşdırdan sonra məlumat verə biləcəklərini dedi.

Bir saat gözlədikdən sonra Abşeron Təhsil şöbəsinin əməkdaşı Aysel xanım şifahi olaraq bildirdi ki, Ceyranbatan qəsəbə 1 nömrəli orta məktəbdə şagirdin vurulması ilə bağlı Abşeron rayon Təhsil şöbəsinin əməkdaşları tərəfindən araşdırmalar aparılır və nəticə haqqında açıqlama veriləcək.

Üz tutduq Ceyranbatan qəsəbə 1 nömrəli orta məktəbə. Məktəbin giriş qapısında valideynlərdən öyrəndik ki, 7 "D" sinfinin şagirdi Anar Mirzəağayevə fiziki təzyiq göstərilib. Nəticədə şagirdin qulağı əzilib və boynunda iz qalıb və fakt sosial mediada işıqlandırılıb.

Gördüyünüz kimi 1 saylı tam orta məktəbin qarşısındayıq. Saat 14.00. Artıq məktəbdə ikinci növbədə təhsil alan şagirdlərin dərs saatıdır. Fürsətdən istifadə edib, qapını döyürük. Üzümüzə bağlı olan qapı arxasında heç kim səsimizə səs vermir. Gözləyirik. Tədris prosesinə mane olmadan məktəbin həyətində açıqlamanı olacağına ümidliyik.

1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayevanın özünü mühafizəçi kimi təqdim edən əməkdaşından yol verdiyi kobudluq üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edirik. Bunu görən, amma üzünü göstərməyən Çinarə Atayeva eyni anda Nazirliyin Mühafizə Polisinə müraciət edir.

Məktəbin həyətinə Mühafizə polisinin iki əməkdaşı yaxınlaşır. Biz kamera görüntülərini onlara təqdim edirik.

Yenə gözləyirik, direktor açıqlama verməyəcəyini, DİN mühafizə polisi əməkdaşları vasitəsi ilə bizə çatdırır.

Baş vermiş hadisə ilə bağlı müraciətimizə dərhal cavab verən Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinin əməkdaşları ilə görüşürük. Öyrənirik ki, kameramıza zərər yetirməyə çalışan, vəzifə səlahiyyətlərini aşan şəxs Camalov Rəhman Səxavət oğludur.

Beləliklə 4 saat gözlədikdən sonra məktəb direktorunu görüb baş verənlərə aydınlıq gətirmək cəhdimiz baş tutmasa da, Mühafizə polisinin və Saray polis bölməsinin əməkdaşları vasitəsi ilə 7 "D" sinfinin şagirdi Anar Mirzəağayevin anası ilə görüşdük.

Kamera qarşısında müsahibə vermək istəməyən valideyn Könül Mirzəağayeva isə olanları belə izah edir: “Dünən günorta saatlarında uşağım məktəbə gəlib. Sırada durub. Sırada duranda söyüş söyüb. Övladım döyülməyib, sadəcə uşaqlarla dalaşıb. Direktor tərəfindən övladım döyülməyib. Vəssalam. Direktor da məni çağırıb və deyib ki, uşaq söyüş söyüb.

- Ötən gün sizin adınızdan bəzi KİV də övladınızın direktor tərindən döyülməsi xəbəri yayılmışdı, hətta bunu əks etdirən foto var.

- Xeyr, mən jurnalistin sualını başa düşməmişəm. Uşaqlarla sıra düzülüşü zamanı dalaşıb. Direktor sadəcə valideyn kimi məni çağırdı, dedi ki, belə bir hərəkət edib oğlunuz, məndə gəldim uşağı tənbeh etdim.

- Bəs foto?

- O, fotonu özüm çəkmişəm, qohumuma atmışam. Necə mətbuata yayılıb bilmirəm. Ona da şəkli göndərəndə də demişəm ki, uşaq dalaşıb” .

Valideyni dinlədik, məktəbin gözətçisi Camalov Rəhman Səxavət oğlu APA TV-nin çəkiliş qrupuna kobud davrandığına görə Saray polis bölməsinə dəvət olundu. Çəkiliş qrupumuzdan üzr istədikdən sonra sərbəst buraxıldı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6255
avatar

Oxşar yazılar