Sentyabrın 23-25-də Hacıqabul rayonunun kəmərdən qidalanan kəndlərinə suyun verilişi dayandırılacaq, eyni zamanda Abşeron, Binəqədi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verilişi müddəti azaldılaraq tənzimlənən rejimlər tətbiq olunacaq.
Bu barədə Lent.az-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. Bildirilir ki, məhdudiyyətlər Oğuz-Qəbələ-Bakı su kəmərində aparılacaq planlı təmir işləri ilə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.