Dekabrın 29-da avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Bakı-Şamaxı-Yevlax, Bakı-Quba, Quba-Qusar, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Daşkəsən, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Füzuli-Cəbrayıl-Mahmudlu, Xankəndi-Xocavənd, Ağsu-Kürdəmir-Bəhramtəpə, Naxçıvan-Ordubad, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.
Gecə saatlarında dağlıq rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı ehtimalı var.