Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Eldar Əmirov tutduğu vəzifədən azad edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
AMEA-nın Rəyasət Heyətinin Mətbuat Xidmətinin rəhbəri Azadə Balayeva Lent.az-a açıqlamasında Eldar Əmirovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı əmrin olmadığını deyib: "Bizdə Eldar Əmirovun başqa işə keçməsi ilə bağlı da məlumat yoxdur. Bizdə olan məlumata görə, o işinin başındadır. Onunla ötən həftənin 5-ci günü görüşmüşəm. Bu doğru məlumat deyil".
***
saat 13:15
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Katibliyinin rəisi Eldar Əmirov tutduğu vəzifədən azad edilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Eldar Əmirov Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda işə götürülüb.
Qeyd edək ki, Eldar Əmirov həm də AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin qeyri-rəsmi köməkçisi vəzifəsini tutub. Ramiz Mehdiyev AMEA-nın prezidenti postundan istefa verdikdən sonra Eldar Əmirov polisə müqavimətdə ittiham olunaraq saxlanılmışdı.
Məhkəmənin qərarı ilə 30 sutka həbs cəzası alan Eldar Əmirov bir neçə gün əvvəl azadlığa çıxıb.
Onu da qeyd edək ki, Eldar Əmirov Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə də Ramiz Mehdiyevin köməkçisi olub.