Prezident İlham Əliyev
30 noyabr 2021 16:10 (UTC +04:00)

Prezident İlham Əliyev

Prezidentdən helikopter qəzasında həlak olanların ailələrinə BAŞSAĞLIĞI

Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

Lent.az-ın xəbərinə görə, başsağlığında deyilir:

"2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi.

Bu ağır itkinin acısını Sizinlə yaşayır, dərdinizi bölüşür, Sizə və doğmalarınıza Mehriban xanım ilə birlikdə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!"

# 22170
avatar

Oxşar yazılar