Ötən il olduğu kimi qarşıdakı bu ildə də Azərbaycanın beynəlxalq arenada önəmli actor olaraq fəaliyyyətini izləyəcəyik. İlk baxışdan bu fikir adi qarşılansada, mahiyyət etibarı ilə tarixi mərhələləri yaşayırıq, Belə ki, 30 ilə yaxın müddətdən sonra Şuşanı qaytardıq, Kəlbəcəri, Ağdamı geri aldıq, Laçın şəhərinin mərkəzində Azərbaycan bayrağını dalğalandırdıq. Bütün bunlar təbii ki, tarixi hadisədir. Keçən il işğaldan azad olunan Zəngilanda hava limanının açılışı elə “ Zəngəzur dəhlizi” nin bir parçası anlamına işarə edirdi, hansı ki, bu il artıq bu istiqamətdə daha ciddi irəliləyişlərin şahidi olacayıq.
Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində səsləndirdiyi mesajlar və fikirlər bir daha təsdiqlədi ki, dövlətimizin başçısı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması, regionun sabit inkişaf mərhələsinə qədəm qoyması və “ Zəngəzur dəhlizi” artıq zərurətdir.
Bu fikirləri açıqlamasında siyasi ekspert Vüsalə Hüseynli deyib. V. Hüseynlinin fikrincə, president İlham Əliyevin açıqlamasında bir daha vurğulayıb ki, kimin nə danışmasından və düşünməsindən asılı olmayaraq, Azərbaycan yürütdüyü doğru strateji xətt üzrə irəliləməkdə davam edir: və bu yoldan dönməyəcəkdir:“ Əslində “ Zəngəzur dəhlizi” nin anlamı göründüyündən, gördüyümüzdən, eşitdiyimizdən, danışılanlardan dəfələrlə artıqdır. Məhz bu səbəbdəndə Zəngilan hava limanının açılışında iştirak edən qardaş Türkiyə dövlətinin prezidenti Rəcəb Tayyub Ərdoğan çıxışında qeyd etmişdi ki, “Zəngəzur dəhlizi” nin reallaşmasından ciddi narahat olan bəzi çevrələrin həyəcanı yersizdir və Azərbaycan əmin addımlarla yoluna davam edir. Azərbaycan prezidenti İlham Əliyev də dünən müsahibəsində bir daha Ermənistan da daxil olmaqla beş qitəyə dəhlizin imkanlarını xatırladaraq mesaj verdi. Ölkə başçısı bir daha vurğuladı ki, Azərbaycan regionda öz sözünü demiş bir ölkədir. Biz qonşularımızın üzərinə hərbi texnika ilə hücum etmirik, əksinə biz tunellər inşa edir, yollar açırıq, hava limanları inşa edirik. Dünyaya səslənirik ki, gəlin birgə quraq, birgə çalışaq, birgə yaradaq. Biz yenilənmiş milli ideya ətrafında birləşərək irəliləyirik”.
V. Hüseynlinin sözlərinə görə, Azərbaycanın lideri öz açıqlamasında birdaha açıq şəkildə qeyd etdi ki, “Zəngəzur dəhlizi” tarixi zərurətdir və Ermənistan istəsədə, istəməsədə bu reallaşacaqdı. Bu səbəbdən hər kəs öz daxili işi ilə məşğul olsa daha faydalı olar. Bizim sərhədlərimiz bizim daxili işimizdir və bu qırmızı xəttə kimsə toxunmamalıdır. Əks halda layiqli cavabını alacaqdır. Çünki bu dəhliz bizim üçün bir neçə aspektdən dəyərləndirilə bilər ki, bu elementlər isə siyasi, iqtisadi və təhlükəsizlik bufer zonasıdır. Xüsusilə, qeyd etməliyik ki, 44 günlük müharibədən sonra bu dəhlizin reallaşması Azərbaycanın imtiyazı kimi qəbul edilə bilər. Hansı ki, noyabrda imzalanmış üç tərəfli bəyanatın 9- cu bəndində də bu kommunikasiyanın açılması Azərbaycanın şərti kimi sənəddə yer alıb.
Ekspertin fikrincə dəhliz eyni zamanda, Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək.
Vüsalə Hüseynli