Təhsil naziri Emin Əmrullayev
08 may 2021 16:16 (UTC +04:00)

Təhsil naziri Emin Əmrullayev

Peyvənd vurulan müəllimlərin SAYI

0

"50 yaşdan yuxarı olan 57 000 müəllim peyvəndlənib".

Lent.az məlumat verir ki, bu sözləri “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımda təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, təxminən hər 50 yaşdan yuxarı müəllimin üçündən ikisi peyvənd olunub:

"40 yaşdan yuxarı müəllimlərin isə 28 min 500-nə peyvənd vurulub. Aprelin əvvəlindən bütün yaş qrupunda olan təhsil işçisi peyvənd olunur. Hazırda 120 minə qədər (53 %) təhsil işçisi peyvəndlənib”.

E.Əmrullayev qeyd edib ki, peyvənd olunanlar arasında bu günə kimi ciddi və əsaslı pisləşmə halı müşahidə edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2813

Oxşar yazılar