Paytaxtın bir sıra yollarında sürət həddi endirildi
20 fevral 2025 22:06 (UTC +04:00)

Paytaxtın bir sıra yollarında sürət həddi endirildi

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən mövcud  hava şəraiti ilə əlaqədar paytaxtın bəzi yollarında sürət həddi azaldılıb. 

Lent.z xəbər verir ki, Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib.

Bununla yanaşı, bütün tablolarda “ buzlu yol” işarəsi qoyulub.

Sürücülərdən yolda müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754

Oxşar yazılar