Övladlığa neçə uşaq götürmək olar? - CAVAB
05 dekabr 2023 12:44 (UTC +04:00)

Övladlığa neçə uşaq götürmək olar? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzusu övladlığa uşaq götürmə ilə bağlıdır.

Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. 

Maraqlıdır bəs, övladlığa neçə uşaq götürmək olar?

Lent.az xəbər verir ki, övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir.

Məhkəmədə övladlığa götürmə barədə işə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır.Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6282
avatar

Fidan İlqar

Oxşar yazılar