Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar  - SİYAHI
10 avqust 2023 15:00 (UTC +04:00)

Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma çörəyin, unun, qarabaşaq yarmasının, vaflinin, təzə balığın, yoqurtun, südün, pendirin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, qarpızın, yemişin, üzümün, bananın, armudun, gavalının, bibərin, badımсanın, xiyarın, pomidorun, göy lobyanın, soğanın, kartofun, konfetlərin, çayın, mineral suların, arağın qiymətində müşahidə edilib.

Bahalaşma isə, əsasən, qoyun ətinin, zeytun yağının, gilasın, əriyin, kələmin, sarımsağın, çuğundurun, yerkökünün, şəkər tozunun qiymətlərində müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3333
avatar

Fidan İlqar

Oxşar yazılar