Ölənin  dalınca danışmaq,   yoxsa sağ olanda özüylə dalaşmaq... - İlahiyyatçılar nə deyir?
11 aprel 2023 16:47 (UTC +04:00)

Ölənin dalınca danışmaq, yoxsa sağ olanda özüylə dalaşmaq... - İlahiyyatçılar nə deyir?

El içində bir söz var. “Ölənin dalınca danışmazlar”. Deyilənə görə, günahdır. Bəs ölən adamla sağlığında danışmaq mümkün deyilsə? Onun səhvlərini üzünə demək, tənqid etmək necə?

Lent.az-ın sualını ilahiyyatçı Hacı Valeh Nəsirov cavablandırır.

“Ümumiyyətlə nə ölünün, nə dirinin dalınca danışmaq olmaz. Kiminsə dalınca danışmaq insanın acizliyidir. Ölünün arxasınca danışmaq ona görə olmaz ki, ölü qalxıb özünü müdafiə edə bilmir. Onun günahını boynunuza almış olursunuz. Bir insan günah və ya pis əməllər edirsə, onu hamının gözü önündə tənqid etmək, cəmiyyət içində gözdən salmaq da olmaz. Amma özünə demək olar. Həzrəti Əli deyirdi ki, insanların içində başqasına öyüd – nəsihət vermək onu təhqir eləməkdir. Bir insana öyüd vermək, işini düz görmədiyini bildirmək üçün ikilikdə danışmaq lazımdır”,- deyə ilahiyyatçı bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2679
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar