Nostradamusun 2022-ci il üçün proqnozu: Bəşəriyyət bu problemlərlə üzləşəcək
25 sentyabr 2021 19:31 (UTC +04:00)

Nostradamusun 2022-ci il üçün proqnozu: Bəşəriyyət bu problemlərlə üzləşəcək

Fransız kimyaçı, əczaçı və sehrbaz Mişel Nostradamus həyatında bir çoxu gerçəkləşən 6338 öncəgörmə yazıb. Təfsirçilər isə hər dəfə yeni bir şeyi deşifrə edirlər.

Lent.az xarici mediaya istinadla bildirir ki, Nostradamusun proqnozları 3797-ci ilə qədər olan dövrü əhatə edir.

Bu dəfə 2022-ci il üçün öncəgörmələri deşifrə edilib.

Dolların çökməsi

ABŞ-da inflyasiyanın nəzarətdən çıxacağı proqnozlaşdırılır. Buna görə də ABŞ valyutası kəskin enəcək. Sərmayə qoymaq üçün yalnız gümüş və bitkoin dəyərli olacaq.

Şiddətli qasırğa

Nostradamusun proqnozuna görə, gələn il Fransa görünməmiş bir qasırğa ilə sarsılacaq. Təbii fəlakət dünya üçün də proqnozlaşdırılır.

Kimyaçıya görə, qasırğalar planetin bir çox bölgələrində aclığa səbəb olacaq. 

 Asteroid yağışı

Bu öncəgörməyə inanmaq olmur, ancaq kimyaçı 2022-ci ildə planetin asteroid yağışına məruz qala biləcəyini yazıb. Onlardan biri dənizə düşərək nəhəng dağıdıcı sunamiyə səbəb olacaq.

Nüvə bombası

Nostradamusun öncəgörümündə gələn il ölkələrdən birinin güclü nüvə bombasını partlatacağından da bəhs edilir. İnsan itkiləri, iqlim və Yerin öz oxuna nisbətən mövqeyini dəyişəcəyi bildirilir.

# 5247
avatar

Oxşar yazılar