"Nikosayağı"nın hazırki durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
15 avqust 2023 10:01 (UTC +04:00)

"Nikosayağı"nın hazırki durumu ilə bağlı RƏSMİ AÇIQLAMA

"Nicat Şakirlinin vəziyyəti stabil olaraq qalır".

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

"TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilən Nicat Şakirlinin vəziyyəti stabil olaraq qalır. Hazırda həkim nəzarəti altında lazımı müayinə və müalicələri davam etdirilir" - deyə məlumat verilib.

Qeyd edək ki, 01:08 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub, briqadalar dərhal hadisə yerinə cəlb olunub. 

Hadisə nəticəsində xəsarət alan vətəndaş Nicat Şakirli (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə, Fəxri Rüstəmov (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına təxliyə olunublar. 

Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir. 

Qəza nəticəsində 37 yaşlı Məmmədov Ruslanın  həkiməqədər ölümü qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8004
avatar

Fidan İlqar

Oxşar yazılar