"Reanimasiyada olan 3 nəfərdən başqa, hamının vəziyyəti yaxşıdır" - Kəmaləddin Heydərov
26 dekabr 2024 01:02 (UTC +04:00)

"Reanimasiyada olan 3 nəfərdən başqa, hamının vəziyyəti yaxşıdır" - Kəmaləddin Heydərov

"Reanimasiyada olan 3 nəfərdən başqa xəsarət alanların hamısının vəziyyəti yaxşıdır”. 

APA xəbər verir ki, bunu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Aktaudakı təyyarə qəzasında yaralananların vəziyyəti barədə danışarkən deyib.

 Nazir bildirib ki,  onlar xəstələrə baş çəkiblər, rəqəmsal inkişaf və nəqıiyyat naziri ilə birlikdə hadisə yerində olublar.

Qeyd edək ki, Qazaxıstanın baş nazirinin müavini, qəzanı araşdıran komissiyanın rəhbəri Kanat Bozumbayevin iştirakı ilə Aktauda keçirilən mətbuat konfransında verilən məlumata görə, təyyarənin sərnişinlərindən 37-si Azərbaycan (23-ü həlak olub), 16-sı Rusiya (7-si həlak olub), 6-sı Qazaxıstan (hamısı həlak olub), 3-ü Qırğızıstan vətəndaşı (hamısı sağ qalıb) olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2115
avatar

Oxşar yazılar