Nəsir Əhmədli
07 iyun 2022 17:33 (UTC +04:00)

Nəsir Əhmədli

Müəllimlər ölməsin, heç ölməsin - Səbuhi Məmmədli yazır

Böyük itkidir. Həm Universitet, həm də jurnalistika üçün. Böyük bir jurnalist nəslinin sevimli müəllimi getdi. 80 il əvvəl Tovuz rayonunun Alakol kəndindən başlayan ömür elə Alakoldaca bitdi. 
Ağır xəstəliyi, bilirdik. Xərçəng hər gün yeyib bitirməkdəydi onu, nəhayət bu gün istəyinə çatdı. 
20 gün idi ki, Alakola getmişdi. Sanki ürəyinə damıbmış kimi. 
Bir qədər əvvəl isə doğma Universitetinə baş çəkmişdi, hə, ürəyinə damıbmış kimi. Vidalaşmışdı doğma ocağıyla,  sevimli Universitetiylə. O Universitet ki, o jurnalistika fakültəsi ki, orda onu sevməyən tələb yox idi. Bütün səmimiyyətimlə, əminliklə deyirəm bunu. 

Tələbəyə dayaq idi o! 
Tələbənin dostu idi o! 
Tələbəyə örnək idi o! 
Və indi o yoxdu. 

Bizim Nəsir müəllim dünyadan köçdü.

Mənə dərs deməyib, çünki jurnalistika fakültəsini bitirməmişəm. Amma 30 ildi onu tanıyırdım, 30 yaş fərqimiz olsa da. Nəsir müəllimlə çox yoldaşlığımız olub. Yüz ilin tanışı, tay-tuşu kimi. 

Bayaq dedim, Nəsir müəllim öz tələbələrinin tərəfini heç kimə verməzdi. Heç rektorlara da. Həmişə gənc jurnalistlərə qarşı bir qədər tənqidi mövqeyimlə seçilmişəm. Bir dəfə “Facebook”da bu mövzuda bir qədər sərt status paylaşdım. O yaşında da aktiv sosial şəbəkə istifadəçisi olan Nəsir müəllim anındaca cavab atəşiylə məni susdurmuşdu. “Jurnalistika sənin ixtisasın deyil, istəsən tələbələrimə deyərəm, sənə çox şey öyrədər”. 

Nəsir müəllim həddən artıq hazırcavab, pozitiv insan idi. Bir tanınmış jurnalist var, onun haqqında demişdim: Adamla qatarla  bir kupedə Moskvaya gedəsi olsan, Dərbəndə çatmamış intihar edərsən. Çünki başdan ayağa mənfi enerjidir, vampir kimi enerjini sorub bitirər. 

Nəsir müəllimlə bir ay baş-başa oturub söhbət edəsən, yorulmazdın. Adam enerji deposuydu sanki.
Nəsir sözünün mənası ərəb dilində “yardımçı”, “kömək edən” deməkdi. Nəsir müəllim sanki elə adıyla böyümüşdü. Elə adıyla da vəfat etdi.

Nəsir müəllim həm də yaxşı şair idi. Onun “Tovuza  gəlsin” şeirini oxumayan aşıq yox idi. 

Və getdi Tovuza, əbədi. 

Əsl dost getdi! 
Əsl İNSAN getdi!
Əsl müəllim getdi!
Müəllimlər ölməsin, heç ölməsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5107

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04