Fərman Salmanov
04 sentyabr 2021 02:20 (UTC +04:00)

Fərman Salmanov

Moskva küçələrindən birinə məşhur azərbaycanlının adı verilə bilər


Moskva küçələrindən birinə görkəmli azərbaycanlı neftçi-geoloq, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun adı verilə bilər.

Bu barədə APA-nın Moskva müxbirinə paytaxtın Şərqi Dequnino rayonunun yerli azərbaycanlı milli mədəni muxtariyyətinin sədri Həşim Əliyev bildirib.
O, bu ilin avqustun 18-də Moskva şəhərinin Troysk və Novomoskovskiy inzibati dairəsinin administrasiyasına (Yeni Moskva) Moskovskiy yaşayış məntəqəsinin küçələrindən birinin Fərman Salmanovun şərəfinə adlandırılması təklifi ilə müraciət etdiyini söyləyib.
H.Əliyev rayon administrasiyası tərəfindən həmin müraciətə baxıldığını və Moskovskiy yaşayış məntəqəsinin deputatlar Şurasının növbəti iclasında Fərman Salmanovun adına küçə verilməsi təklifinə baxılacağını qeyd edib.

# 2769
avatar

Oxşar yazılar