"Mətbuatımızın saflaşmasına ciddi ehtiyac var" - Rəşad Məcid
27 oktyabr 2022 09:42 (UTC +04:00)

"Mətbuatımızın saflaşmasına ciddi ehtiyac var" - Rəşad Məcid

"Yazıçılar Birliyinin qurultayında bəzi “jurnalistlərin” hərəkətlərini görəndən sonra bir daha əmin oldum ki, mətbuatımızın saflaşmasına ciddi ehtiyac var".

Lent.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib. O, heç bir ədəb-ərkan gözləmədən, bütün etik qaydaları tapdalayaraq yaşlı yazıçılarla, alimlərlə kobud davranan, mikrofonu müsahibinin ağzına dürtən, əndazə gözləmədən, qarışıqlıqdan və tünlükdən faydalanıb, müsahibini hövsələdən çıxarıb zorla istədiyi cavabı qoparmağa çalışan, qalmaqal təşnəsi bu “jurnalistlər”in hərəkətinə heyrətlənməməyin mümkünsüz olduğunu qeyd edib:

"Bəzi özünü media adlandıran, “gözəgörünməz” sayt idarəçilərinin “sensasiya” yaratmaq naminə gəncləri əllərində oyuncağa - robota çevirməsini müşahidə eləmək də məyusluq doğururdu.

Amma orda kübar, özünü-sözünü bilən, müsahibə almaq üçün icazə istəyən, sərt sualları da mədəni şəkildə ünvanlayan peşəkarlar da vardı. Jurnalistikamız belə peşəkarlara söykənib inkişaf edə bilər. 

“Babam mənə kor deyib, gəlib gedəni vur deyib” əxlaqını peşə prinsipi kimi qəbul edənlərlə yalnız xaosa yuvarlanmaq olar. İctimaiyyətin qınağı, peşəkar jurnalistlərin dəstəyi və “Media haqqında” qanunun tələbləriylə bu qarışıqlığa son qoyulmasının mümkün olacağına inanıram".

# 1314
avatar

Oxşar yazılar

Rəşad Dağlı əfvə düşəcəkmi? - CAVAB

Rəşad Dağlı əfvə düşəcəkmi? - CAVAB

27 yanvar 2023 , 17:50
İranda Azərbaycan səfirliyinə hücum edən terrorçunun  FOTOSU

İranda Azərbaycan səfirliyinə hücum edən terrorçunun FOTOSU

27 yanvar 2023 , 17:09
Hacı Şahindən terrorla bağlı PAYLAŞIM:  "Diplomatlarımızın yanındayıq"

Hacı Şahindən terrorla bağlı PAYLAŞIM: "Diplomatlarımızın yanındayıq"

27 yanvar 2023 , 16:34
Marketlər  heyvan yeməklərini   insanlara belə yedizdirir – AQTA-ya qarşı CİDDİ İTTİHAM

Marketlər heyvan yeməklərini insanlara belə yedizdirir – AQTA-ya qarşı CİDDİ İTTİHAM

27 yanvar 2023 , 16:27
Mehriban Əliyevadan səfirliyimizə hücumla bağlı PAYLAŞIM

Mehriban Əliyevadan səfirliyimizə hücumla bağlı PAYLAŞIM

27 yanvar 2023 , 14:30
Hava şaxtalı olacaq,  yollar buz bağlayacaq   - XƏBƏRDARLIQ

Hava şaxtalı olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

27 yanvar 2023 , 13:31
Bu maşınlar gecələr də texniki baxışdan keçə bilər - VİDEO

Bu maşınlar gecələr də texniki baxışdan keçə bilər - VİDEO

27 yanvar 2023 , 13:27
Orxan Əsgərov

Şəhid olan Orxan Əsgərovun FOTOSU

27 yanvar 2023 , 13:08