Məsuliyyətsiz koronavirus xəstələri... - Evlərinə qaytarıldılar
20 noyabr 2021 10:32 (UTC +04:00)

Məsuliyyətsiz koronavirus xəstələri... - Evlərinə qaytarıldılar

Noyabrın 19-da polis əməkdaşları tərəfindən respublika ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

# 579
avatar

Oxşar yazılar