Sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində dərslərin dayandırılacağı ilə bağlı məlumatlar yayılıb.
Lent.az xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Təhsil Nazirliyinin adından yayılan və məktəblərin bağlanmasını tirajlayan "xəbər" dezinformasiya xarakterlidir.
Eyni zamanda Bakı Şəhəri İcra Hakimiyyətindən də Lent.az-a bildirilib ki, bağçaların bağlanması barədə yayılan məlumatlar da həqiqətə uyğun deyil.
sosial şəbəkələrdə yayılan məlumat