Mediaya dövlət dəstəyini hansı səbəblər zəruri edir?
07 iyul 2021 17:11 (UTC +04:00)

Mediaya dövlət dəstəyini hansı səbəblər zəruri edir?

Medianın İnkişafı Agentliyi tərəfindən tətbiq olunan yanaşma mediaya dövlət dəstəyini şəffaf, cəmiyyət üçün açıq etməyə, korrupsiya risklərinin qarşının alınmasına, jurnalistlərin əmək hüquqlarının qorunmasına imkan verir

Son vaxtlar mətbuatla bağlı yenidən gündəmə gələn məsələlərdən biri də digər sahələrdə olduğu kimi vətəndaş cəmiyyəti və medianın fəaliyyəti sahəsində geniş islahatlara start verilməsidir. Doğrudan da etiraf edilməlidir ki, ölkədə media seqmentlərinə dövlət dəstəyinin artırılması, inkişafın stimullaşdırılması yüksələn xətt üzrə aparılır. Son günlər ADA Universitetində keçirilən silsilə tədbirlər də dediklərimizin əyani sübutu hesab edilə bilər. Mediaya iqtisadi dəstək, reklam bazarının genişlənməsi, mətbuatın maddi durumu son illər KİV təmsilçilərini ən çox düşündürən məsələlərdən biri idi. Unutmayaq ki, bu barədə zaman-zaman uzun müzakirələr aparılıb və mütəmadi olaraq ekspertlər tərəfindən müxtəlif fikirlər səslənib. Hətta onlayn medianın dövlət tərəfindən dəstəklənməsi təklifi də ekspertlər tərəfindən daha çox müzakirə edilirdi ki, dövlət bu sahəyə də yaşıl işıq yandırdı. Lakin bütün bunlara rəğmən dövlətin sərgilədiyi bu xoş məramına əks tərəfdən yanaşanlarda var. Bu da təbiidir. Atılan addıma müxtəlif reaksiyaların sərgilənməsi özü də demokratiyanın təzahürü kimi dəyərləndirilə bilər. Söhbəti uzatmadan birbaşa mətləbə keçid edirəm. Bir zamanlar dövlətin mediaya niyə dəstək verməməsindən şikayətlənirdiksə, indi isə bunun əks arqumentlərini eşirik. “Dövlət mediaya dəstək verməlidirmi? Və yaxud “Dövlət mediaya niyə dəstək verir?

Avropada mediaya niyə dəstək verirlər?

Öncə qeyd edim ki, 44 günlük müharibə ilə ərazi bütövlüyünü təmin edən, dünyanı ağuşuna almış pandemiya ilə mübarizə aparan Azərbaycan dövləti vaxt itirmədən, azad olunmuş ərazilərdə quruculuq işlərinə start verib. Eyni zamanda, bir çox sahələr kimi media ilə bağlı da köklü islahatlara başlayıb. Bu islahatlar çərçivəsində yeni medianın dünya standartlarına uyğunlaşdırılması, digital medianın şəbəkələşməsi yalnız Azərbaycanda deyil, dünya çapında da geniş vüsət alıb. Özəlliklə, bu gün Amerikada, Avropada sürətlə rəqəmsallaşan yeni dünya mediasının inkişafı üçün dövlət dəstəyinin genişləndirilməsinə yönəlik çağırışlar səslənməkdədir. Məhz bu çağırışlara cavab olaraq, Avropa Birliyi xəbər sektorunu, media azadlığını və plüralizmi dəstəkləyən layihələrin maliyyələşdirilməsi ilə bağlı fəaliyyət həyata keçirir. Bu layihələr, media azadlığının pozulmasını sərhədlərini müəyyən etmək, jurnalistləri təhdid altında müdafiə etmək, media plüralizmi risklərini izləmək və əməkdaşlığa açıq olan  jurnalistikanı dəstəkləmək, AB ilə qarşılıqlı əməkdaşlıq münasibətlərini dərinləşdirmək, ən yaxşı təcrübə mübadiləsi barədə məlumat verməkdir.  

Qeyd edək ki, hazırda Avropa İttifaqının maliyyəsi ilə davam edən və ya hazırlıq mərhələsində olan 21 layihəyə 29 milyon Avroya yaxın maliyyə ayrılıb. Bununla paralel olaraq, Creative Europe çərçivəsində ilk dəfə media plüralizmi, jurnalistika və media savadlılığı üçün ən azı 75 milyon avroluq xüsusi bir zərfə sahib olan yeni “Çoxillik Maliyyə Çərçivəsi” çərçivəsində maliyyəni artırmaq və bu tip layihələrə uzunmüddətli dəstəyi təmin etmək niyyətindədir. Avropa Komissiyası Audiovizual Sənayesi və Mediaya Dəstək Proqramları Bölməsinin rəhbəri Lucia Recalde Langarica açıqlamasında deyir: “İlk dəfə xəbər, media fəaliyyətləri üçün xüsusi bir maliyyə zərfi olacaq. “Creative Europe” çərçivəsində əsas diqqət transmilli əməkdaşlıqlara yönəldiləcək. Jurnalistika ortaqlığına ilk çağırışlara artıq iyun ayında start verilib. Bundan əlavə, Invest EU çərçivəsində xeyriyyəçi təşkilatlarla yalnız xəbər mediasında deyil, güclü sosial təsiri olan bütün fəaliyyətlərdə çalışacağıq”.

Göründüyü kimi, dünyanın iqtisadi böhranla mübarizə apardığı bir dövrdə dövlətlər ölkə mediasını, informasiya təminatını ayaqda saxlamaq üçün KİV-ə yönəlik proqramlar, subsidiyalar, qrantlar vasitəsilə dəstək olurlar. Avropa Jurnalistlər Federasiyasının üzvü IAGJ dünya mediasının dərin maliyyə problemi yaşadığını deyib: “Jurnalistlərin və media işçilərinin işlərini qorumaq, şirkətləri dəstəkləmək və bu böhranla mübarizədə medianı maliyyələşdirmək üçün təcili bərpa paketlərinə ehtiyacımız var. Hökumətlər media sektorunu həyati vacib bir sahə hesab etməlidir. Media sektoru, hökumətlərdən fövqəladə tədbirlər kimi - birbaşa və dolayı yardımlar alaraq həyati bir dəstək göstərməsinə ehtiyac duyur, əks halda KİV özünü  bərpa edə bilməyərək kütləvi ixtisarlarla qarşılaşacaq. Kütləvi informasiya vasitələrini bazarın tək əlinə buraxmamalıyıq. Media plüralizmi risk altındadır”.

Mediaya dəstək hökumətlərin gündəmindədir

Danimarka hökuməti də  KİV-lərin inkişafı üçün 4  illik maddi dəstək proqramının  icrasına qərar verib, bu məqsədlə 122 milyon avroluq maliyyə ayırıb. Ölkənin mədəniyyət naziri qeyd edib ki, "peşəkar media demokratiya üçün vacibdir, ona maddi dəstək göstərməliyik".  

Norveç hökuməti isə digər Avropa ölkələrinə paralel olaraq, mediaya maddi dəstək proqramları üçün 300 milyon NOK (27 milyon avro) ayırıb. Avstriya hökuməti  isə mediaya dəstək üçün 32 ​​milyon avroluq paket ayırıb. Bu məbləğin yarısı özəl kommersiya yayımçılarına, gündəlik qəzetlərə tiraj sayına görə cəmi 12.1 milyon avro, həftəlik qəzetlərə 2.7 milyon avro dəstək göstərilib. Fransızca danışan Belçikada, maddi cəhətdən çətinlik çəkən media qurumları üçün 3 milyon avro, Finlandiya 3.8 milyon avro elektron mediaya, qəzetlərin təcili yardımı üçün 5 milyon avro, Fin Xəbər Agentliyi üçün 2,5 milyon avro yardım edib. Kipr hökuməti 700.000 avroluq paket təqdim edib ki, bunun da 50%-dən çoxu televiziya kanallarına, qalan hissəsi isə onlayn mediaya, qəzetlərə və radiolara verilib. Danimarka reklamlardan gələn gəlirlərin 30-50%-ni itirən özəl medialar üçün 24 milyon avro maliyyə ayırıb.

Qeyd edək ki, Avropa ölkələrində mediaya verilən dəstəklə bağlı siyahını uzada da bilərik. Çünki buna bənzər nümunələr yüzlərlədir. Əgər, bu gün biz Azərbaycanın dünyaya inteqrasiyasından danışırıqsa, o zaman dövlətin mediaya, vətəndaş cəmiyyəti institutlarına göstərdiyi dəstək heçdə müzakirə mövzusu olmalı deyil. Çünki hamımıza bəllidir ki, istər Amerika, istər Avropa, istərsə də bizə qonşu olan ölkələr - Türkiyə və Gürcüstanda dövlətin mediaya dəstəyi həmişə olub. Sadəcə bu görünən və ya görünməyən xətlə keçdiyindən kimlərsə bunun üzərində konfiqurasiya qurmağa səy göstərirlər. Hazırda Medianın İnkişafı Agentliyi tərəfindən tətbiq olunan yanaşma Azərbaycanda mediaya dövlət dəstəyini şəffaf, cəmiyyət üçün açıq etməyə, korrupsiya risklərinin qarşının alınmasına, mediada əmək münasibətlərinin nizama salınmasına, jurnalistlərin əmək hüquqlarının qorunmasına imkan verir. Eyni zamanda media sektorunun yaxın gələcəkdə rəqabətə davamlı biznes sektoruna çevrilməsi üçün zəmin yaradır. Bu yanaşma jurnalistlərin və redaksiyaların işində peşəkarlığın artması, cəmiyyət qarşısında ictimai maraqların müdafiəsi, cəmiyyətin obyektiv məlumatlandırılması ilə bağlı cavabdehliyini də artıracaq.

Medianın İnkişafı Agentliyi sağlam rəqabət mühiti yaratmağa da imkanlar açır. Növbəti dəstək paketləri şübhəsiz ki, özünü yaxşı tərəfdən göstərmiş, verilən dəstəkdən effektiv yararlanmağı bacaran media orqanlarına veriləcək. Zaman keçdikcə biz bu sektorda ən yaxşı biznes təcrübələrinin tətbiqinin də şahidi olacağıq.

İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri

Vüsalə Hüseynli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2886
avatar

Oxşar yazılar

Azərbaycanda 104 nəfər zəhərləndi, ölənlər var

Azərbaycanda 104 nəfər zəhərləndi, ölənlər var

6 dekabr 2024 , 10:05
İlin sonuna qədər əsl xoşbəxtliyi tapacaq  BÜRCLƏR

İlin sonuna qədər əsl xoşbəxtliyi tapacaq BÜRCLƏR

6 dekabr 2024 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

6 dekabr 2024 , 08:20
Dekabrın 6-da hansı BÜRCÜN bəxti gətirəcək?

Dekabrın 6-da hansı BÜRCÜN bəxti gətirəcək?

6 dekabr 2024 , 08:08
Sabiq icra başçısı VƏFAT ETDİ

Sabiq icra başçısı VƏFAT ETDİ

6 dekabr 2024 , 01:33
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

5 dekabr 2024 , 17:49
Bakıya güclü leysan,  bu yerlərə qar yağacaq  - Sabahın HAVASI

Bakıya güclü leysan, bu yerlərə qar yağacaq - Sabahın HAVASI

5 dekabr 2024 , 13:13
Bu qəsəbə qazsız qalacaq

Bu qəsəbə qazsız qalacaq

5 dekabr 2024 , 12:38