Marketdə satılan ərzaq məhsulları adına, dadına görə yox, tərkibindəki əlavə qatqı maddələrə görə dəyərləndirilməlidir. Hazırda əlavə qatqısız qida tapmaq mümkün olmasa da, bəzi maddələr var ki, o, insan orqanizminə düşüb çoxaldıqca, getdikcə dəhşətli fəsadlara səbəb olur.
Lent.az həmin məhsulları təqdim edir.
1. Natrium qlütamat - qlutamin turşusu duzudur. Məhsulların etiketində E621 kodu ilə yazılır. Bütün market məhsullarında var. Əlavə dad, duzluluq verir. Pendirlər, balıq, ət məhsulu. kolbasa, konservlər, çips və s.
2. Şəkər əvəzləyiciləri. Bu maddəni qəbul edəndən sonra orqanizmdə güclü aclıq hissi yaranır, maddələr mübadiləsi pozulur. Heç vaxt şəkər əvəzləyicisi almayın.
3. Transyağlar. Dükanlarda satılan və "72,5%" göstərilən "kərə yağları" əslində transyağlardır. Kərə yağı heç bir halda 82,5 faizdən aşağı olmur.
4. Hisə verilmiş kolbasalar. Bu kolbasalar hisə verilmir, xüsusi "hisəvermə" maddəsindən istiadə olunur.
5. 2 aydan artıq saxlama müddəti olan süd məhsulları.
6. Plastik qablarda mayonez. Belə mayonezdəki sirkə plastik qabı içəridən əridir, zəhərli qarışıq yaradır.
7. Qarğıdalı çöpləri və "şəkər pambığı". Şəkər 140 dərəcədə yandığı üçün bu "qida"larda şəkər əvəzləyicilərindən istifadə olunur.
8. Kimyəvi qarışıqlı sıyıq və şorbalar.
9. Marmelad. Dükanlarda satılan marmeladın tərkibinin 98 faizi kimyəvi əlavələr, dadlandırıcılar və konservantlardır.
10. Cemlər. Tərkibində normadan dəfələrlə artıq antiturşular var. Əsl mürəbbə və ya cem heç vaxt bu qədər saxlana bilməz.
11. "Doktor" kolbasası. Belə kolbasa, paştet, sosis və sardelkalar soyad, suiti piyi, donuz əti, donuz dərisi və s.-dən ibarətdir.
12. Vetçina. Dükanlardla satılan vetçinanın 95 faizi ona həcm verən geldən ibarətdir.
13. Mövsümdən əvvəl və ya sonra satılan bibər. Tam gen-modifikasiyaya uğradılmış "qida"dır.
14. Qışda çiyələk. İsrail kimi qışda çiyələk yetişən ölkədə yaşamırsınızsa, belə çiyələyi əsla almayın.
15. Dondurma. İndi satılan dondurmaların 99 faizi sırf essenssiyadan hazırlanır və onun tərkibində təbii süd olmur.
16. Qablaşdırılmış keks və ruletlər. Aylarla saxlanan bu kekslər çox zərərlidir.
17. Şokolad konfetləri. Bu konfetlərin tərkibinin 90 faizi kimyəvi maddələr, boyalar və dadlandırıcılardır.
18. Tez əriyən qəhvələr. Bu qəhvə hormonal fəsadlar yaradır.
19. Ətirli çaylar.
20. Ketçup, souslar, əlavələr. Tərkibdə ifratt dərəcədə konservantlar, boyalar və kimyəvi maddələr var.