"Dövlət İmtahan Mərkəzində magistratura imtahanlarının 2 dəfə keçirilməsi proqnozlaşdırılır".
Lent.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nərminə Bayramova deyib. O bildirib ki, buna baxmayaraq, birinci imtahandan da qeydiyyatdan keçmək lazımdır:
“Biz iki dəfə imtahan keçirilməsini planlaşdırırıq. Amma pandemiya dövründə yaşayırıq, ola bilər ki, müəyyən səbəblərə görə ikinci imtahan olmaz. Ona görə də, magistratura imtahanında birinci dəfədən iştirak etməyi məsləhət görürük”.
Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə isə bildirib ki, qəbul imtahanının dəqiq tarixləri bilinməsə də, qəbul imtahanına qeydiyyatın fevralın sonu, martın əvvəlində başlanması nəzərdə tutulub:
O qeyd edib ki, qəbul imtahanlarının tarixləri dəqiqləşən kimi elan ediləcək: “Qəbul imtahanlarının II mərhələsinin 2 dəfə keçirilməsi nəzərdə tutulub”.
X. Xanlarzadənin sözlərinə görə, IX illik bazadan kolleclərə qəbul buraxılış imtahanı əsasında aparılır. Həmin abituriyentlər üçün buraxılış imtahanı apreldə keçiriləcək. IX sinif üzrə əvvəlki illərin məzunları üçün kolleclərə qəbul vaxtı isə elan ediləcək.
Qeyd edək ki, abituriyent jurnalları isə yaxın 10 gündə çıxacaq.