Neftçala rayonunun Aşağı Surra, Balaca Surra, Pirəbbə və Cəngən kəndləri ərazisində Kür çayının səviyyəsinin enməsi nəticəsində çayın en kəsiyində küp qəbirlər aşkarlanıb.
Lent.az xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.
Bildirilib ki, yeni aşkarlanan abidələrdə tədqiqat işləri aparmaq üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun əməkdaşları rayona ezam olunub.
Hazırda araşdırmalar davam etdirilir.