Küləyin sürəti artdı  - Bakıda saniyədə 23, bölgələrdə 30 metrə qədər
03 sentyabr 2021 01:49 (UTC +04:00)

Küləyin sürəti artdı - Bakıda saniyədə 23, bölgələrdə 30 metrə qədər

Ölkədə faktiki hava şəraiti açıqlanıb.

Lent.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, sentyabrın 2-si saat 22:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Tovuzda arabir 30 m/s, Tərtər, Naftalan, Gəncədə 28 m/s, Bərdədə 26 m/s, Ağdam, Ağstafada 20 m/s, Mingəçevirdə 19 m/s, Ceyrançöldə 18 m/s, Kəlvəz, Xınalıqda 16 m/s, Şəmkirdə 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda arabir 23 m/s, Binədə 18 m/s, Qum adası, Pirallahıda 15 m/s-dək güclənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1935

Oxşar yazılar