Azərbaycanda COVID-19-a yoluxma statistikası açıqlanıb.
Lent.az "koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür (54.2 faiz).
Bununla yanaşı yoluxma göstəricisi Abşeronda 13.4 faiz, Aranda 12.1 faiz , Gəncə-Qazaxda 7 faiz, Şəki-Zaqatalada 3.6 faiz, Quba-Xaçmazda 3 faiz, Lənkəranda 2.5 faiz, Dağlıq Şirvanda 2.3 faiz, Yuxarı Qarabağda 1.3 faizdir.
Əlavə edək ki, Naxçıvanda yoluxma 0.07 faiz, ölkə xaricində isə 0.4 faiz təşkil edir.