Koronavirusla bağlı SON STATİSTİKA
30 sentyabr 2021 09:45 (UTC +04:00)

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 234 072 335 nəfərdə koronavirus aşkarlanıb.

Lent.az xəbər verir ki, bu haqda Worldometerin statistikasında qeyd olunur.

Virusdan 4 788 397 xəstə ölüb, 210 890 960 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (44 199 496 nəfər), Hindistan (33 739 980 nəfər), Braziliya (21 399 546 nəfər), Böyük Britaniya (7 771 294 nəfər) və Rusiyadır (7 487 138 nəfər).

Türkiyədə 7 124 966, İranda 5 572 962, Gürcüstanda 611 269, Ermənistanda isə 260 675 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (206 388 nəfər), İran (120 160 nəfər) və Türkiyədə (63 838 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 483 128 nəfərin 6 513-ü ölüb, 457 144 xəstə sağalıb.

# 1866
avatar

Oxşar yazılar