Elnur Əşrəfoğlu
07 oktyabr 2021 14:43 (UTC +04:00)

Elnur Əşrəfoğlu

Koronavirusa yoluxan jurnalistdən SON XƏBƏR - "Təcili..."

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur.

Bu barədə Lent.az-a onun qardaşı Rəşad Şükürov məlumat verib. O bildirib ki, jurnalistin vəziyyəti ağır stabil olaraq qalır.

Cüdo Federasiyasının işçisi Rəhim Məhərrəmov isə sosial şəbəkə hesabında bildirib ki, E.Əşrəfoğlu üçün təcili 1-ci qrup (+/-) qan lazımdır. Qan Bankına bunun üçün yaxınlaşan şəxslər Xəyal bəylə (055-212-81-11) əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, Elnur Əşrəfoğlu hazırda “Yeni Klinika”da ECMO aparatına qoşulu vəziyyətdə müalicəsini davam etdirir.

Heydər Əliyev Fondu onun müalicəsini nəzarətə götürüb.

# 3513
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar