Oktyabrın 28-dən Moskvada bütün kafe və restoranlar bağlanır.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin açıqlama verib. O, qeyd edib ki, ictimai-iaşə müəssislərindən başqa idman, əyləncə, istirahət mərkəzləri və mədəniyyət obyektləri qapadılır.
Mer bildirib ki, qapanmaya səbəb ölkədə koronavirusla bağlı vəziyyətin həddən artıq kəskin xarakter almasıdır.