Kəlbəcərə icazəsiz keçmək istəyənlər saxlanıldı
11 sentyabr 2021 14:28 (UTC +04:00)

Kəlbəcərə icazəsiz keçmək istəyənlər saxlanıldı

Sentyabrın 9-da Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən Natiq Hümbətov, Marif, Aftandil və Anar İsmayılovları saxlayıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, saxlanılanlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

# 2277
avatar

Oxşar yazılar