“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşılıb.
Məlumata görə, Əziz Orucovun evində Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarış aparılıb.
Onun saxlanma səbəbi hələlik məlum deyil.